Qırmızı.az
Yeni Komitə yaradıldı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb.
Komitədən Publika.az-a verilən məlumatda bildirilib ki, Texniki Komitənin yaradılmasında əsas məqsəd alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilidir.
Həmçinin milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlil, beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanması da nəzərdə tutulub.
Texniki Komitəyə ümumilikdə 13 dövlət və qeyri-hökümət təşkilatının əməkdaşları üzv seçilib. Bunlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentini, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri və Fizika İnstitutlarını, Fövqaladə Hallar Nazirliyi, Energetika Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbələrini misal göstərmək olar.
Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir. Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu