Müəllimlərə dövlət qulluqçusu statusu veriləcəkmi?
Bizi izləyin

Qırmızı.az

Müəllimlərə dövlət qulluqçusu statusu veriləcəkmi?

Dövlət Qulluğu Məcəlləsinin layihəsində müəllimlərin dövlət qulluğuna qəbulu ilə əlaqədar müddəa yoxdur.

Bu barədə Publika.az-ın sorğusuna Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlandığı barədə məlumat yaymışdı.

Komissiyadan Publika.az-a bildirdilər ki, layihə hazırlanıb Nazirlər Kabinetinə təqdim edilib və hazırda aidiyyəti qurumlarda müzakirə edilir.

Prezident İlham Əliyevin 20 aprel 2011-ci il tarixli sərəncamı ilə Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırlamaq tapşırılıb.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən dövlət qulluqçusu “Dövlət Qulluğu haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilən vətəndaşlardır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm