Qırmızı.az
Azərbaycanda ev partladı: 2 yaşlı uşaq öldü - YENİLƏNİB - FOTO
Kürdəmirdə dəhşətli yanğın baş verib. Hadisə nəticəsində mənzildə qalan körpə yanaraq dünyasını dəyişib, bir nəfər isə yüngül yanıq xəsarətləri alıb.
Milli.Az CTV-yə istinadən bildirir ki, hadisə ötən
gün saat 17 radələrində Kürdəmir rayonu Sığırlı kəndində qeydə
alınıb. İslam Füzuli oğlu
Quliyevə məxsus 2-mərtəbəli fərdi yaşayış
evində yanğın faciəyə səbəb olub. Yanğın zamanı 2 yaşlı körpə
alovlar içərisində qalaraq dünyasını dəyişib. Həmçinin uşağın atası
Quliyev İslam əl və üz nahiyəsindən yanıq xəsarətləri alıb. Hadisə
zamanı ev sahibləri həyətdə olsalar da, qonşu haraya gələrək evin
yandığını bildirib. Qısa müddətdə güclənən alov evi
bürüyüb.
Hadisə yerinə Kürdəmir Rayon Yanğından Mühafizə
Xidmətinin 3 avtoçəni, 1 xilasedici minik avtomobili və canlı
qüvvəsi cəlb olunub. Evdə yanaraq dünyasını dəyişən körpənin cəsədi
FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil
verilib. Ümumi sahəsi 408 kvadratmetr olan evin 2-ci mərtəbəsində
24 kvadratmetr xilas olunub. Alov yanğınsöndürənlər tərəfindən
məhdulaşdırılıb. Həyətdə olan çardaq sahəsi və digər ərazilər
alovdan qorunub. Yanğının evdəki maye qaz balonunda yaranan
sızıntıdan baş verdiyi ehtimal olunur.
------------------
01.04.2014
20:58
Kürdəmirdə evdə yanğın baş verib.
Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən
məlumat verir ki, Kürdəmir rayonu, Sığırlı kəndində (rayon
mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 408 kv.m
olan ikimərtəbəli 8 otaqlı evdə partlayışla nəticələnən yanğın baş
verib.
Yanğın nəticəsində 2-ci mərtəbənin yanar konstruksiyaları 179 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 2012-ci il təvəllüdlüQuliyev Kənan İslam oğlunun yanmış meyiti aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO