Direktor olmaq üçün imtahan verdilər, 13 bal topladılar
Bizi izləyin

Qırmızı.az

Direktor olmaq üçün imtahan verdilər, 13 bal topladılar

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələri məlum olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, elektron ərizəsi təsdiq olunan 2260 nəfərdən 1591 nəfər imtahanda iştirak edib, 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb.

Məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə-imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilib. Hər namizədə 110 dəqiqə vaxt verilib. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 20 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub.

Esse yazmaq üçün proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd ediblər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılıb.

Direktor olmaq istəyənlər arasında imtahan verənlər arasında ən aşağı nəticə 13 bal olub.

Publika.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında deyib.

"597 elan olunan vakant yerə 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb. Hazırda yerləşdirmə aparılır. Lakin bu o demək deyil ki, həmin şəxslər direktor olacaqlar. Bundan sonra müsahibə mərhələsi olacaq. Müsahibə mərhələsində imtahandan keçən müəliimlərin bilik və bacarığı, dünya görüşü qiymətləndiriləcək”-deyə Eşqi Bağırov bildirib. Müdir müavini onu da qeyd edib ki, müraciət edənlərin böyük hissəsi gənclərdir.

O bildirib ki, Bakı şəhərində direktor olmaq istəyən namizədlər üçün Xəzər, İqtisad və s. Universitetlərdə kurslar var. Həmin kursları bitirib uğur sertifikatı aldıqdan sonra direktor olmaq üçün imtahan verə bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm