Qırmızı.az
Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakıda keçirilən BMT-nin Sivilizasiya Alyansının VII Qlobal Forumu ilə bağlı 25-27 aprel tarixlərində paytaxtın bir sıra avtomobil yollarında hərəkət fasilələrlə məhdudlaşdırıla bilər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava limanından şəhər istiqamətində Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft dairəsi, Niyazi, həmçinin həmin marşrutla geriyə olan ərazilərdə üzrə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətin qoyulması planlaşdırılır: “Paytaxtın mərkəzi hissəsində yerləşən otellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Xüsusilə əsas tədbirin keçirildiyi Nərimanov rayonu ərazisindəki küçə və prospektlərdə hər bir sürücünü diqqətli olmağa çağırır və süni sıxlığın, tıxacın yaranmaması üçün mümkün olduğu qədər şəxsi avtomobildən deyil, ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu