“Baku Bus”dan kondinsioner açıqlaması
Bizi izləyin

Qırmızı.az

“Baku Bus”dan kondinsioner açıqlaması

Son günlər paytaxt sakinləri tərəfindən “Baku Bus” avtobuslarının gecikməsi və isti havada avtobuslarda kondinsionerin işləməməsi ilə bağlı şikayətlər daxil olur. Şikayətlərdə ilk fəaliyyətə başladığı dövrdən fərqli olaraq avtobusların bəzi saatlarda 20 dəqiqə intervalla işlədiyi deyilir. Havanın temperaturunun yüksək olduğu saatlarda sərnişinlər sürücüdən kondinsioneri işə salmağı tələb etsə də, bu tələblərinin nəzərə alınmadığını bildirirlər.

“Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Publika.az-a açıqlamasında sərnişinlərin şikayətlərinə aydınlıq gətirib.

“Bildiyiniz kimi, avtobuslar yerüstü nəqliyyat vasitəsidir. Ona görə də, gecikmələr əsasən yoldakı sıxlıqla bağlı olur. Bizim avtobuslararası interval 3 dəqiqədir, sürət isə saatda 55 kilometrdir. Sürücü sürət həddini aşa bilməz. Bir məsələ nəzərə alınmalıdır ki, sürücülər plan vermir və onun bilərəkdən gecikməsi sərfəli deyil”.

Kondinsioner məsələsinə gəlincə isə, bu problemə də sürücü müdaxilə edə bilmir.

“Hələ aprelin sonu deyil, kondisionerin qoşulması üçün yay rejiminə keçilməyib. Ancaq bütün bunlara baxmayaraq, günün müəyyən saatlarında hava şəraitini nəzərə alaraq kondisionerin yandırılması ilə bağlı tapşırıq verilib. Əvvəldən avtobusda kondinsionerin dərəcəsi müəyyən edilir. Sürücü sonradan həmin dərəcəni dəyişə bilmir. O ancaq kondinsioneri söndürüb-yandıra bilər. Hazırda avtobuslarda kondinsioner 20 dərəcə müəyyən edilib. Lakin bildirmək istəyirəm ki, sürücü salonda temperaturdan xəbərsiz ola bilər. Çünki onun oturduğu yer ayrıdır. Buna görə də, əgər salonda kondinsioneri söndürmək və ya yandırmaq lazımdırsa, bu zaman sərnişinlər müraciət etməlidir. Əlbəttə, çoxluğun qərarına uyğun addım atılacaq. Sürücü bu tələbə əməl etməzsə, içəridəki lövhədə onun adı və şikayət edə biləcəkləri nömrə yazılıb. Həmin nömrəyə zəng edib şikayətlərini bildirə bilərlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm