Qırmızı.az
66 vəzifəli şəxs vəzifəsindən sui- istifadə edib
2013-cü il ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübariz İdarəsinin İstintaq Şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı yekunlaşıb.
Publika.Az-in məlumatına görə, Bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübariz İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə həmin cinayət işləri baxılması üçün məhkəmələrə göndərilib: “Cinayət işlərindən 3 şəxs barəsində 16 rüşvətalma, 66 şəxs barəsində 36 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 iş səhlənkarlıq, 24 şəxs barəsəində 65 iş mənimsəmə və israfetmə, 1 şəxs barəsində 1 iş təbii qaz, elektrik və istilik enerjisini talama, 17 şəxs barəsində 7 iş qanunsuz və yalançı sahibkarlıq, 2 şəxs barəsində 2 iş vergidən yayınma, 84 şəxs barəsində 51 iş dələduzluq, 16 şəxs barəsində 13 iş isə digər faktlarla əlaqədar olub”.
Kamran Əliyev bildirib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat ziyandan istintaq meddətində 17 milyon 236 min manat və ya 42, 9 faizi ödənilib: "Qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödsənilməsi üçün qanunla nəzərdə tutulan tədbirlər görülüb".
Vasif Həsənli
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ