Nazir müavini müğənniləri sərt tənqid etdi: “Qonorarlarını 20-80 manat göstərirlər”
Bizi izləyin

Qırmızı.az

Nazir müavini müğənniləri sərt tənqid etdi: “Qonorarlarını 20-80 manat göstərirlər”

Azərbaycanda 2016-cı ilin yanvar-aprel aylarında şou-biznes nümayəndələrindən vergi daxilolmaları onların 4 il ərzində (2011-2014) ödənişlərini iki dəfə üstələyib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuat konfransında deyib.

O bildirib: “Tez-tez eşitmək olar ki, son vaxtlar toy məclisləri demək olar keçirilmir və müvafiq olaraq, gəlir də yoxdur, lakin bu ilin yanvar-aprel aylarında Bakıda 6 324 toy keçirilib”.

Nazir müavini əlavə edib ki, bəzi şou-biznes nümayəndələri çıxış etdikləri tədbirlərin real sayını göstərir, ancaq qonorarı 20-80 manat həcmində göstərirlər. Elələri də var ki, real qonorarlarını gizlətmir, lakin tədbirlərin sayını azaldırlar.

S.Ələkbərov əlavə edib ki, vergi daxilolmalarının artımına baxmayaraq, şou-biznes nümayəndələri reallıqda daha böyük məbləğ ödəməlidirlər.

O, diqqətə çatdırıb ki, Vergilər Nazirliyi şadlıq evləri və restoranların 2016-cı ilin I rübünün yekunları üzrə verdikləri bəyannamələr əsasında təhlili başa çatdırır və yaxın vaxtlarda təhlilin nəticələri üzrə şou-biznes nümayəndələri arasında vergi borcları olanların siyahısı açıqlanacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm