Qırmızı.az
Azərbaycanda iftarda kütləvi zəhərlənmə - VİDEO
Ötən həftə Qobustanda keçirilən iftar mərasimi zamanı 30 nəfər zəhərlənib. Onlardan 7-si uşaqdır.
Bu barədə APA TV-yə açıqlamasında Səhiyyə Nazirliyi Respublika
Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası
şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.
Onun sözlərinə görə, hadisəyə səbəb ev şəraitində hazırlanmış
müxtəlif cür tortlar olub.
Şöbə müdiri bildirib ki, qida qalıqlarından nümunə götürülərək
Mərkəzə gətirilib. Yoxlama zamanı bu qidalarda toksiki maddələr
aşkar olunub. Xəstələrdə zəhərlənmə mikrob vasitəsilə başlayıb. O
bildirib ki, zərərçəkmişlər müayinə edilib, onlardan nümunələr
götürülüb, sonuncu xəstə isə dünən evə buraxılıb.
İmran Abdullayev deyib ki, ötən ay 65 zəhərlənmə hadisəsi qeydə
alınıb, nəticədə 79 nəfər zəhərlənib. Onlardan ikisi ürəkbulanma,
qusma, ishal və halsızlıq kimi əlamətlərlə müşahidə olunan botulizm
xəstəliyi ilə müraciət edib. Bu zəhərlənmələrə də səbəb ev
şəraitində hazırlanmış müxtəlif qidalar olub.
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
































