9 İYUL
Bizi izləyin

Qırmızı.az

9 İYUL

1821-ci il. Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin doğum günü (1821-1926). Göyçə mahalının Ağkilsə kəndində anadan olan Aşıq Ələsgər Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanan sənətkarlardadır. 1918-ci ildə Andranikin quldur dəstələrinin törətdiyi qırğınlardan sonra bir müddət doğma el-obasından qaçqın düşmüş, sonra yenidən doğma kəndinə qayıtmış və orada dünyasını dəyişmişdir.

1919–cu il. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi - XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir. Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə həmin tarix - 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

1835-ci il. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin doğum günü (1835-1888). Kiçik yaşlarında atasını itirən şair 10 il ana babasının himayəsi altında Dağıstanda Yaqsay kəndində yaşayıb. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada köhnə mollaxanaların ruhunu dəyişib dünyəvi təhsil verən yeni üsul məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Seyid Əzim realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub.

1875-cı il. Telefonun ixtiraçısı Aleksandr Bell (1847-1922) ABŞ-da ilk telefon şirkəti olan "Bell Telephone Company" yaradıb. Bell 1876-cı ildə ABŞ-ın ilk telefon patenti olaraq mükafatlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm