Qırmızı.az
Rəsulzadənin yubileyi ilə əlaqədar tədbirlər planı açıqlandı
Azərbaycan prezidenti İlham Əliyevin "Məhəmməd Əmin
Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında"
sərəncamının icrası ilə əlaqədar tədbirlər planı hazırlanıb. Plan
Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyasının,
Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri
ümumiləşdirilərək hazırlanıb.
Mədəniyyət və Turizm Nazirliyndən verilən məlumata görə, tədbirlər
planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin,
"M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu"
mövzusunda elmi konfransının keçirilməsi, M.Ə.Rəsulzadənin xarici
ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb
Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib
etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin
nəşri nəzərdə tutulur.
Bundan əlavə "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti
və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi,
M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda
xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə
Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin
faksmile sürətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi,
Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən
fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə
həsr olunmuş məqalələrin respublika KİV-lərində dərc olunması, ölkə
kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə
görüşlərin və "Dəyirmi masa"ların keçirilməsi, Azərbaycan İstiqlal
Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı
sərginin və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Yubiley münasibəti ilə tədbirlər digər təşkilatlarda da
keçiriləcək. /Anspress/
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"