
09:35
Bakı bulvarında “sevgi oyunu”nun təfərrüatları məlum olub. Səbail
Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, dünən 19 yaşlı
Qusar sakini Rəqsanə Yəhyayeva və onun sevgilisi
Xalid Aslanov dənizdən çıxarıldıqdan sonra
ifadələri alınıb. R.Yəhyayeva bildirib ki, xeyli sayda baş
ağrılarını kəsən həblər qəbul edib və ayağı sürüşərək dənizə
yıxılıb. Onu xilas etmək üçün Xalid də özünü dənizə atıb. Hər ikisi
boğulmaq təhlükəsi ilə üzləşib.
--------
09:11
Bakının Səbail rayonunda Dənizkənarı Milli Parkda intihara cəhd
olub.
APA-nın xəbərinə görə, təxminən 20 yaşları olan oğlan və qız
özlərini dənizə atıblar. Hadisə şahidləri dərhal Fövqəladə Hallar
Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay
yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin
əməkdaşları kater vasitəsi ilə batan gənclərin axtarışına
çıxıblar.
Xilasedicilər Saat qülləsi yaxınlığında dənizdə boğulmaq təhlükəsi
ilə üzləşən 1993-cü il təvəllüdlü Niftəliyeva Nilufər Natiq
qızı və Aslanov Xalid Faiq oğlunu xilas
edərək dənizdən çıxarmağa müvəffəq olublar.
Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyətləri ağır olan
gənclərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlar 1 saylı
şəhər klinik xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma
aparılır.