
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini,
Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin
Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup
cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.