Qırmızı.az
Azərbaycanda yazda hava şəraitində anomal proseslərin baş verməsi halları artıb
Azərbaycanda iqlim dəyişmələrinin təsiri nəticəsində yaz dövründə anomal hidrometeoroloji proseslərin baş verməsi halları artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, əvvəlki illərdə də aprel ayında, xüsusilə, aprelin I ongünlüyündə qeyri-sabit, küləkli hava şəraiti müşahidə edilib. Lakin əvvəlki illərdən fərqli olaraq, bu il yazda hava şəraitində kəskin dövrlərin baş vermə halları və onların təkrarlanma sayı artıb. Əvvəlki illərlə müqayisədə bu il yaz dövründə anomal hidrometeoroloji proseslərdə artım qeydə alınır. Bu, dünyada baş verən iqlim dəyişmələrinin atmosfer sirkulyasına təsiri ilə izah olunur.
A.Verdiyevin sözlərinə görə, bu il martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi müşahidə edildi. Martın 30-da havanın temperaturu 1 gün ərzində hətta 20 dərəcəyədək aşağı düşmüşdü: "Aprelin ayrı-ayrı günlərində hava şəraitində dəyişikliklər müşahidə edilir. Gün ərzində hava şəraitində soyuq və isti hava cərəyanlarında kəskin dəyişmələr müşahidə olunur, yəni bu cərəyanlar biri-birini əvəz edir".
Baş hidroloq əlavə edib ki, yaz başlayandan - martın 22-dən indiyədək Bakıda və Abşeron yarımadasında havanın ən maksimal temperaturu martın 29-da qeydə alınıb. Həmin gün 26 dərəcə isti olub. Martın 30-da isə hava şəraiti kəskin dəyişib və temperatur 20 dərəcəyə kimi enib. Yaz dövründə Bakıda və Abşeron yarımadasında ən minimal temperatur 0,9 dərəcə isti olub. Həmin tempetur martın 31-də gecə saatlarında müşahidə edilib.
A.Verdiyev bildirib ki, Bakıda yaz dövründə küləyin sürətinin saniyədə 30 metrə çatması halları əvvəlki illərdə də müşahidə edilib: "Belə hallar 5-10 ildən bir müşahidə edilirdisə, son illərdə bunun daha tez-tez müşahidə edildiyini görürük".
Baş hidroloq qeyd edib ki, 1994, 1998 və 2012-ci illərdə aprelin ayrl-ayrı günlərində, hətta ilk günlərində havanın maksimal temperaturu 31,5 dərəcəyə kimi yüksəlib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu