Qırmızı.az
13 yaşlı qızı tovlayan 62 yaşlı azərbaycanlı - "Məni öldürün!" (VİDEO)
Ukraynanın Zaporojye şəhərində fəaliyyət göstərən və sosial şəbəkələrdə azyaşlılara qarşı əxlaqsız hərəkətlər edənlərə qarşı mübarizə aparan "Nasledie. Oxota na pedofilov" ("İrs. Uşaqbazların ovu") təşkilatının yeni "ov"u Vkontakte sosial şəbəkəsində 13 yaşlı qızı və 14 yaşlı oğlanı tovlamağa çalışan Azərbaycan vətəndaşı olub.
Özünü Bakı sakini, 62 yaşlı Azər Həsən oğlu Vəliyev kimi təqdim edən şəxs Vkontakte-də tanış olduğu 13 yaşlı Daşa adlı qız və 14 yaşlı Aleksandr adlı istifadəçilərə cinsi əlaqə təklif edib.
Halbuki həmin istifadəçilər "İrs"in üzvləri idilər: bu şəxslər özlərini sosial şəbəkələrdə azyaşlı kimi təqdim edərək uşaqbazlar və əxlaqsızların "ov"u ilə məşğuldurlar.
Zaporojye şəhərinə müalicəyə gəldiyini deyən A.Vəliyev təqaüdçüdür.
O, Vkontakte-də tanış olduğu və tovladığı 13 yaşlı qıza şəhərin Şevçenko bulvarında görüş təyin edib.
Bulvara yollanan 62 yaşlı təqaüdçü orada "şikar"ını yox, "İrs"in fəallarını görüb.
Kameralar qarşısında özünü çox pis hiss etdiyini deyən A.Vəliyev titrək səslə deyib: "Məni öldürün, daha yaxşıdır. Qələt eləmişəm, başımı daşa döymüşəm. Sizə yalvarıram, bu kadrları yaymayın! Yalvarıram!" (milli.az)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu