Azərbaycanlı alim Harvard Universitetində
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı alim Harvard Universitetində

Qərb Universitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyeva 2016-2017- ci tədris ilində Harvard Universitetinin Rusiya və Avrasiya Mərkəzində dəvətli alim kimi fəaliyyət göstərəcək.

Publika.az xəbər verir ki, onun tədqiqat mövzusu "Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti"dir.

Qeyd edək ki, Harvard Universitetinin əsası 1636-cı ilidə qoyulub. Təhsil ocağının kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Ali məktəbin adı ingilis xeyriyyəçisi Con Harvardın şərəfinə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. Burada 9 fakültə fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm