Qırmızı.az
"Azərsu" Koreya ilə kredit sazişi imzaladı
“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair Azərbaycan Hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında kredit sazişi imzalanıb. Kredit sazişini Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya tərəfdən isə Bankın icraçı direktoru Yim Seonq Hyueoq imzalayıb.
Kredit sazişinin imzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Koreya Hökumətinin və şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, həmin layihələrin uğurla icra olunduğunu bildirib. Cəmiyyətin sədri ötən il icrasına başlanılıb və Koreya Hökuməti ilə birgə maliyyələşdirilən Kürdəxanı qəsəbəsinin su təchizatının yenidən qurulması layihəsi üzrə işlərin 70 %-dən çoxunun yerinə yetirildiyini də qonaqların diqqətinə çatdırıb.
Koreya İxrac-İdxal Bankının icraçı direktoru Yim Seonq Hyueoq Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edərək, təmsil etdiyi bankın infrastruktur layihələrinə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib.
“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair Azərbaycan hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında imzalanmış kredit sazişinə əsasən Pirşağı qəsəbəsində məhsuldarlığı 40 min kubmetr olacaq müasir tipli yeraltı çirkab su təmizləyci qurğunun tikintisi üçün 43,5 milyon dollar kredit ayrılacaq. Bu vəsait ilk 10 ili güzəştli olmaqla 40 il müddətinə, illik 0,2 faizlə veriləcək.
Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcəkdir. Yeni qurğu istismara verildikdən və ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO