Qırmızı.az
Bakıda gənc qız özünü öldürmək istədi - VİDEO
Dənizkənari Milli Park yenə canına qıymaq istəyən gənc qıza şahidlik etmək məcburiyyətində qalıb. Hicablı xanım dərman içərək canına qıymaq istəyib. İstirahətə gələnlərin müdaxiləsi faciənin qarşısını alıb.
Bu gün günorta saatlarında Bakı bulvarında hicablı qız intihar etmək istəyib. Hadisə şahidlərinin lentə aldığı kadrlardan da görünür ki, gənc qız əvvəlcə aptekdən müxtəlif növ güclü psixotrop dərmanlar alıb. Daha sonra isə bulvara gələrək dərmanları qəbul edib. Qızın intihar etdiyini görən sakinlər onu fikrindən daşındırmağa cəhd ediblər. Qızın əhvalının pisləşdiyini görən şahidlər dərhal Təcili Tibbi Yardım Stansiyasına məlumat veriblər.
Hadisə yerinə cəlb olunan həkimlər tərəfindən qıza təcili yardım edilib. Daha sonra halı pisləşən qız təcili yardım avtomaşını ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, qız ailədaxili problemlər səbəbindən intihara cəhd etmək istəyib. Hadisə ilə bağlı artıq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə də məlumat verilib. Qızın intihara cəhd etməsinin səbəblərini və onun şəxsiyyətini müəyyən etmək üçün başlanan araşdırmalar davam etdirilir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan