Qırmızı.az
Bakıda MDB məşvərət şurasının iclası keçiriləcək
MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupunun ikinci iclası mayın 22-23-də Bakıda keçiriləcək.
ƏƏSMN-nin mətbuat xidməti şöbəsindən Publika.Az-a verilən xəbərə görə, iclasda MDB məkanında əlilliyin mövcud dinamikası, onun səbəbləri, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində mövcud vəziyyət müzakirə olunacaq. Eyni zamanda, bu sahədə normativ hüquqi bazanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması, əlilliyi olan insanların cəmiyyətin sosial həyatında fəal iştirakı üçün mövcud maneələrin aradan qaldırılması, belə şəxslərin sosial infrastrukturdan maneəsiz istifadəsinə şərait yaradılması istiqamətində aparılan işlər və s. barədə fikir mübadiləsi aparılacaq. Bu sahədə MDB ölkələri arasında qarşılıqlı məlumat və təcrübə mübadilələrinin aparılması da iclasın əsas mövzularından biri olacaq.
Qeyd edək ki, MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupuna Birliyə üzv ölkələrin aidiyyatı dövlət qurumlarının mütəxəssisləri və ekspertlər daxildir. İşçi qrupun ilk iclası cari ilin mart ayında Moskvada keçirilib. İclasın yekun qərarlarından biri kimi, növbəti belə iclasın Azərbaycan Respublikasında təşkil olunması qərara alınıb və bu barədə MDB İcraiyyə Komitəsinə müraciət olunub.
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?