Qırmızı.az
Artur Rəsizadə Qarabağdan danışdı
Baş naziri Artur Rəsizadə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallonu qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı İspaniya ilə Azərbaycan arasındakı mövcud münasibətlər fonunda iqtisadi əməkdaşlığın səviyyəsinin ölkələrin potensialına cavab vermədiyi qeyd olunub. Bu istiqamətdə qanunvericilik bazasının yaradılması və hüquqi tənzimləmə prosedurlarının hazırlanmasının, habelə iqtisadi əməkdaşlığa dair ikitərəfli komissiyanın yaradılmasının iki ölkə arasında əlaqələrin genişlənməsinə təkan verəcəyi nəzərə çatdırılıb.
Görüşdə bildirilib ki, İspaniya nümayəndə heyətinin Bakıya səfəri
çərçivəsində işgüzar dairələrin təmsilçilərinin iştirakı ilə
keçiriləcək biznes-forumda əməkdaşlığın perspektivləri ətraflı
müzakirə ediləcək, xüsusən enerji, tikinti, nəqliyyat, kənd
təsərrüfatı, infrastruktur, turizm sahələrində birgə fəaliyyətə
dair danışıqlar aparılacaq.
Daha sonra Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən
A. Rasizadə bəzi beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin
həllinə ikili standartlarla yanaşıldığını vurğulayıb, münaqişəni
beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı
və ölkənin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri ilə
həllinin vacib olduğuna dair Azərbaycanın mövqeyini bir daha nəzərə
çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında
da geniş fikir mübadiləsi aparılıb.
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO