
Ötən gün Cəlilabad rayonunda vətəndaşa məxsus evdə güclü
yanğın meydana gəlib.
Yanğın rayonun Çünəxanlı kənd sakini 80 yaşlı Yavər Ağayevə
məxsus 2 mərtəbəli, 6 otaqdan ibarət evdə baş verib. Yanğın anidən
başlayıb və evdə tək yaşayan 80 yaşlı ev sahibi çətinliklə də olsa,
yanğından xilas olmağı bacarıb.
Evdə olan kiçiktutumlu qaz balonlarının partlaması isə yanğının
daha da şiddətləndməsinə səbəb olub.
Hadisə yerinə gələn Cəlilabad Rayon Yanğından mühafizə hissəsinin
canlı qüvvəsi və texnikalarının köməyi ilə yanğının yaxınlıqdakı
tikililərə keçməsinin qarşısı alınıb. Ümumilikdə isə 320 kv m-dən
ibarət evin yanar konstruksiyaları və içindəki əşyalar tamamilə
yanıb.
Yanğının nədən baş verməsi hələ ki, məlum deyil. Faktla bağlı
araşdırmalara başlanıb. /ans/