Qırmızı.az
Ağdamda yırtıcılar kəndlərə hücum edir
Son vaxtlar cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə yırtıcı heyvanların basqını çoxalıb. Tülkü, çaqqal, bəzən isə canavarların hücumuna məruz qalan yaşayış məntəqələrində sakinlərə məxsus ev heyvanları və ev quşlarına zərər dəyir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Ağdamın Çıraqlı kəndində isə vəziyyət bu baxımdan çox acınacaqlıdır. Vəhşi heyvanların daha çox məruz qaldığı yaşayış məntəqələri təmas xəttinə yaxın yerləşən kəndlərdir.
Kənd sakinlərinin sözlərinə görə, yırtıcılar artıq evlərə
soxulmaqdan belə çəkinmirlər. “Həyət-baca nəzarətsiz qalsa, hər
şeyi talan edərlər”, - deyə sakinlər bildirir. İşğal altındakı
ərazilərdə sürətlə çoxalan vəhşi heyvanlar durmadan yem dalınca
yaşayış məntəqələrinə soxulduğundan buradakı ev heyvanları arasında
yoluxucu xəstəliklərin artması ehtimalı da çoxalır.
Vəhşi heyvan sürülərinin Aran ərazilərinə də axını müşahidə olunur.
Bir gecə ərzində 200-300 km məsafə qət etmək qabiliyyətinə malik
olan bu yırtıcılara qarşı mübarizə başlamasa, vəhşi heyvan
sürülərinin qısa zamanda ölkənin müxtəlif istiqamətlərinə
yayılacağı şübhəsizdir.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər