Dünya can verir: bu gecə hər şey alt-üst ola bilər
Bizi izləyin

Qırmızı.az

Dünya can verir: bu gecə hər şey alt-üst ola bilər

Tramp da prezident olandan sonra, daha hansı gələcəkdən danışmaq olar.

Dünyanın sabaha necə çıxacağı çox şübhəlidir. Tramp da prezident olandan sonra, daha hansı gələcəkdən danışmaq olar. Bizdə Hafiz Hacıyevin, ruslarda Jrinoviskinin olduğu kimi, amerikalılarda da Tramp var imiş. Bu, seçkiöncəki kampaniyada kəşf olundu. Yeganə fərq Trampın pulunun çox olmasıdır. Amma hər şeyə rəğmən, bu “dəli oğlan” dünyanın ən güclü ölkəsinin prezidenti seçildi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əslində, yuxarıdakı sözlər bizim yox, oxucuların fikirləridir. Noyabrın 9-na keçən gecə seçkinin nəticələri açıqlanan kimi, sosial şəbəkələri Trampın fotoları bəzəmişdi. Elə dünya mediasının manşeti də fərqli deyildi. Kimisinin dəli, kimisinin özünü dəliliyə vuran ağıllı, kimisinin populist, kimisinin də xilaskar kimi təqdim Tramp dünyaya “ağalıq” edəcək. Əgər onu Ağ Evdən qovmasalar...

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Daha bunu amerikalılar düşünsün. Bizim işimiz xəbər hazırlamaqdır ki, bunu da edirik. Oxucularımız isə öz istəklərinə uyğun həftənin trendini formalaşdırır. Bu həftənin trendi də elə Tramp oldu.

İrqçi atanın prezident oğlu”. Bundan sonra qızılsaçlını belə çağıracaqlar yəqin.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Onun vaxtilə Bakıda olmuş qızı da artıq Hollivud ulduzlarından daha məşhur olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bunu da amerikalıların özləri bilər. Dünyada doğrudan da qəribəliklər çoxdur. Adamlar seçkidə səs verib Trampı seçirlər, indi də başlayıblar etiraz etməyə.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Birləşmiş Ştatların bütün ərazisini etiraz dalğası bürüyüb. Amma yenə də insanın ürəyi ağrıyır. Axı ağ amerikalı nə bilsin “rəngli inqilab” nədir, aksiya necə olur. İndiyə qədər bütün bunları yalnız televizordan görüblər, bir də öz ölkələrinin siyasətçilərindən eşidiblər. Adamın ürəyi həm də ona görə ağrıyır ki, bu, hələ başlanğıcdır. O mehriban, sevimli, dünyanı təsbeh eləyib barmağında çevirən ölkənin vətəndaşlarını daha dəhşətli günlər gözləyir. Bunu da biz demirik. Vanqa nənə deyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerikanın 44-cü rəhbəri zənci olacaq. Zənci liderdən sonra ölkə böyük iqtisadi böhranla üzləşəcək. Dünyaya sülh yox, fəlakət gələcək”.

Kor nənə ad çəkməsə də, söhbətin 44-cü prezident Obamadan getdiyi dəqiqdir. 2017-ci ilin yanvar ayında o, Ağ Evdəki hər şeyi, tualetdən tutmuş, yataq otağına qədər bütün ərazini Trampa təhvil verməlidir. Dünyanı öz rənginə boyayan 44-cü prezidentdən sonra gözlənilən dəhşətlər qorxuludur.

Görünür, amerikalılar səhv etdiklərini anlayıblar, elə etirazların səbəbi də budur. Amma kim səhv etmir ki?! Özünü dahi siyasətçi hesab edən Əli Kərimli səhv edən yerdə, okeanın o başındakı sadə amerikalı nə karədir ki?!

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Deməli, Əli Kərimli xanım Klintonun prezident seçiləcəyindən o qədər əmin imiş ki, bir neçə gün əvvəldən ingilis dilində təbrik məktubu hazırlatdırıb. (özü ingilis dilini bilmədiyi üçün başqasının yazdığı məlumdur). Lakin gecənin bir yarısı nəticələr dəyişib və Tramp seçilib. Əli Kərimli də məktubun əvvəlində Klintonun adının yerinə Trampın adını yazıb, içəridə yazılanlara isə baxmadan göndərib Vaşinqtona. Deyilənlərə görə, Tramp Əli Kərimlini axtarır. Ona görə yox ki, məktubu səhv göndərib. Əsas məsələ məktubun içində “sizin əriniz ABŞ-a yaxşı rəhbərlik etdi” sözləridir. (Məktub Klintona ünvanlandığı üçün Əli Kərimli Bill Klintonu nəzərdə tutub-red). Son məlumatlara görə, Trampın ailəsinə qan-qaraçılıq düşüb, arvadı tələb edir ki, sən məndən başqa kiminlə yaşayırsan. “Mənim ərim sənsən, sənin ərin kimdir?”, deyə Malenia Ağ Evin yeni prezidentini evə buraxmır.

Amma çətin ki, yeni prezident Əli Kərimlini tapsın. Təkcə ona görə yox ki, Əli Kərimlini illərdir heç öz partiya üzvləri tapa bilmir. Həm də bu gecədən sonra nəinki Əli Kərimlinin, ümumiyyətlə, dünyanın axırının necə olacağı müəmmalıdır.

Dünyanın sabaha necə çıxacağı çox şübhəlidir” sözlərini elə belə yazmamışıq.

Belə ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, noyabrın 14-də Ay son 68 ildə ilk dəfə Yerə bu qədər yaxın məsafədə olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69


Rəsədxana “hər şey qaydasındadır, qorxmayın” deyir. Amma necə qorxmayasan. Artıq oxuculardan çoxsaylı müraciətlər daxil olur ki, bu gecə, yəni 12-dən 13-nə keçən gecə çox şey dəyişəcək, dünya xəstə yatağındadır, sabaha çıxmaya bilər. Hətta biri göz yaşları içində yazıb ki, Dünyanın son istəyi müğənni Xatirəni görməkdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xatirə də elə bilir onu toya çağırır, deyir, pulsuz gələ bilməz. Qərara almışıq ki, Xatirənin internetdən çıxartdığımız fotolarından birini Dünyanın sinəsi üstünə qoyaq, can verərkən, gözləri bu dünyada qalmasın”.

Bunu göz yaşlarını tuta bilməyən oxucularımızdan biri yazıb...

... Siz bir şey başa düşdünüzmü? Mən də anlamadım. Sonradan dəqiqləşdirdim ki, Dünya həmin oxucunun qonşuluğunda yaşayan 93 yaşlı nənə imiş. Hər kəsin Dünyaxanım dediyi nənə bu gün-sabah o biri adaşının yanına getməyə hazırlaşır, son arzusu da bircə Xatirə ilə görüşməkdir. Dünyanın işinə bax da....

Siz bir də dünyanın bu biri işinə baxın. Bir qız var, dünyanın ən gəzəyəni adını çıxarıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İşini-gücünü buraxıb, gəzməklə məşğuldur. Daha nə deyə bilərik, ölmədik, bu günü də gördük.

Rusiya Ermənistana "Qarabağı qaytar" mesajını verdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanda isə bir qadın bibisi qızı ilə ərinin birgə fotolarını internetdə paylaşdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünyanın işi çox qəribədir, bu, elə iki xəbər arasındakı fərqdə də özünü göstərir.

Ehtiyatlı olun, dünyaya etibar yoxdur. Bir də gördün sabah o biri tərəfdəsən.

Trampın dəli elədiyi dünyadan nə gözləyəsən daha.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nəriman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm