Qırmızı.az
İdarəetməni itirən avtomobil hasara çırpılıb
Bakının Binəqədi rayonunda idarəetmədən çıxan avtomaşın daş hasara çırpılıb.
Binəqədi şössesində qeydə alınan hadisə zamanı üzü Azadlıq prospekti istiqamətində hərəkətdə olan “Volkswagen” markalı minik maşını sürücünün nəzarətindən çıxıb. İstiqamətini dəyişən avtmobil ilk öncə işıqfora dəyib. Bundan sonra tamamilə idarəedilməz olan “Volkswagen” yalnız yol kənarındakı obyektin daş hasara çırpıldıqdan sonra dayanıb.
Zərbə o qədər güclü olub ki, avtomaşın hasarı keçərək obyektin
içərisinə düşüb.
Qəza zamanı xəsarət faktı da qeydə alınıb. Çırpılmanın güclü
olmasına baxmayaraq, minik avtmobilinin sürücüsü bu qəzadan yüngül
sıyrıqlarla canını qurata bilib.
Hadisə yerinə gələn rayon polis idarəsinin əməkdaşları sürcünü
sərxoşluq dərəcəsini müəyyən etmək üçün onu ekspertizaya
aparıblar.
Qəzaya ilkin səbəb kimi, “Volkswagen” sürücüsünün sürət həddini
aşması göstərilir. /ans/
-
Nəqliyyat23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq