Qırmızı.az
Liberman: "İsrailin Minsk qrupunda iştirakı təklif edilərsə..."
"Azərbaycan bizim üçün dostdur. Azərbaycan tolerant bir ölkədir. Azərbaycan tolerantlıq nümunəsidir. Burada yaşayan yəhudilər hər zaman Azərbaycanda özlərini rahat hiss ediblər. Yəhudilər hətta holokost zamanı burada özlərini rahat hiss ediblər".
Trend-in məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri
Aviqdor Liberman bu gün keçirilən mətbuat konfransında
bildirib.
Nazir bildirib ki, Azərbaycanla bugünkü münasibətlər ən yüksək
səviyyədədir. Münasibətlər hər sahədə pozitiv dinamikada inkişaf
edir: "Biz ikitərəfli münasibətləri müzakirə etdik. Əsas
prioritetlər kənd təsərrüfatı və energetikadır".
İsrailin Minsk qrupunda iştirakı məsələsinə dair sualı
cavablandırarkən nazir bildirib: "İnanmıram ki, İsrailin Minsk
qrupunda iştirakını kimsə bizə təklif edə. Amma təklif olsa, biz
onu ciddi müzakirə edərik. Lakin bu təklifin hansı tərəfdən
gəldiyini bilməliyik".
Azərbaycan-İran münasibətlərinə dair suala cavab verən nazir bildirib ki, İsrail başqa ölkələrin daxili işlərinə qarışmır: "Hər bir ölkənin öz maraqları var".
Nazir bildirib ki, bir çox şirkət o cümlədən Ticarət Palatası ikitərərfli münasibətlərin inkişafı istiqamətində çalışır.
Nazir həmçinin bildirib ki, Bakı-Tel Əviv-Bakı aviareyslərinin
sayı artırılacaq.
İsraildə Azrbaycan səfirliyinin açılmasına gəlincə, nazir bildirib
ki, bu, Azərbaycan hökümətindən də asılıdır.
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB6 May 19:50
Rusiyadan Qərbə xəbərdarlıq