32 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

32 dərəcə isti olacaq

32 dərəcə isti olacaq

Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 32 dərəcəyədək yüksələcək. Bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bakı və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Cənub küləyinin sürəti 8-13 m/s, gündüz arabir 16 m/s-dək güclənəcək, axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 7-8-də arabir güclənən xəzri küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm