Qırmızı.az
TQDK ixtisas seçimi qaydalarını açıqladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 4-cü sayını nəşr edərək abituriyentlərin istifadəsinə verib.
Publika.az-ın məlumatına görə, jurnalda 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan, qabiliyyət İmtahanı Komissiyaları üzrə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul imtahanlarının keçiriləcəyi bölgə (imtahan) mərkəzləri haqqında məlumat Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları açıqlanıb.
Jurnada həmçinin 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu, Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi müqavilə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu elanı, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında) verilib.
Jurnalı TQDK binasının qarşısındakı abituriyent köşkündən əldə edə və ya abituriyent.az saytından sifariş edə bilərlər.
-
Dünya19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Nida Xəbər 18:00Babiş Aİ-dən kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı

































.png)