Yaxın Şərq
Əraqçi İslamabada qayıtdı - Yeniləndi
İranın xarici işlər naziri Abbas Əraqçi Omandan Pakistana uçub.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, Əraqçi Maskatda yüksək vəzifəli rəsmilərlə görüşləri başa çatdıqdan sonra Omanı tərk edib və İslamabada yola düşüb.
***
İranın xarici işlər naziri Abbas Əraqçı Yaxın Şərq və Asiya ölkələri üzrə diplomatik turunu davam etdirərək Omanın paytaxtı Maskata gedib.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, bu səfər nazirin Pakistan rəhbərliyi ilə mühüm görüşlər keçirdiyi İslamabad səfərindən dərhal sonra baş tutub.
Uzun illərdir Qərb ilə Tehran arasında etibarlı vasitəçi rolunu oynayan Omanın neytral mövqeyi, həm ABŞ ilə sıx əlaqələri, həm də İranla dialoqu saxlaması regiondakı son gərginliklər fonunda xüsusi əhəmiyyət kəsb edir.
Araqçının Maskatda yüksək rütbəli rəsmilərlə ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini, xüsusilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, nazirin bundan əvvəlki dayanacağı olan Pakistanda baş nazir Şahbaz Şərif və hərbi komandanlıqla apardığı danışıqlarda tərəflər yalnız müzakirələri davam etdirməyə hazır olduqlarını təsdiqləsələr də, hələlik konkret razılaşma əldə olunmayıb. Beləliklə, Oman səfəri İranın ABŞ ilə birbaşa təmaslardan yayınaraq diplomatik zəmin hazırlamaq strategiyasının məntiqi davamı kimi qiymətləndirilir.
Hüseyn İbadlı
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi












.jpg)























