Qırmızı.az
Şabranda xanım sürücü qəza törətdi: yaralılar var
Ötən axşam Şabran rayonu ərazisində yol qəza hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəndob-Yalama
avtomobil yolunun 11-ci km-də, Şabran rayonu Ağalıq kəndi
ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə "90 UF 156" dövlət nömrə nişanlı,“Mercedes” markalı minik
avtomobilinin sürücüsü 33 yaşlı Bakı şəhər sakini Jalə Əliyevanın
avtomobilin idarəetməsini itirərək dəmir maneəyə çırpılması
nəticəsində baş verib.
Qəza nəticəsində sürücü Jalə Əliyeva və onunla birlikdə avtomobildə
əyləşən 40 yaşlı Şabran rayonu, Şahnəzərli kənd sakini Sevda
Ələkbərova müxtəlif yüngül dərəcəli xəsarətlər alaraq Xaçmaz
Mərkəzi rayon Xəstəxanasına aparılıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator
müalicə üçün evə buraxılıb.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və
Təhqiqat İdarəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki,
hadisəyə səbəb yüksək sürət olub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu