Qırmızı.az
AZAL Rusiyanın bir sıra şəhərlərinə aviareyslər açıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 20-dən Rusiyanın 4 şəhərinə yeni uçuşların yerinə yetirilməsinə başlayıb.
Publika.az QSC-nin rəsmi saytına istinadən məlumat verir ki, AZAL təyyarələri həftədə iki dəfə (çərşənbə və şənbə günləri) Kazan, Nijni-Novqorod (çərşənbə və şənbə günləri), Perm (çərşənbə axşamı və cümə günləri) və Rostov-na-Donuya (çərşənbə axşamı və cümə günləri) reyslər həyata keçirəcəklər.
Tezliklə həftədə 2 dəfə Bakı-Minsk-Bakı istiqamətindəki müntəzəm uçuşlar (çərşənbə və bazar günləri) da bərpa olunacaq.
Həmçinin, mayın 20-dən Bakı-Moskva-Bakı istiqamətində gündəlik
uçuşların sayı 4-ə çatdırılır:
Bakıdan Moskvaya uçuş: saat 06:40, 10:40, 15:15 və 20:00-da
Moskvadan Bakıya uçuş: saat 09:50, 14:40, 19:00 və 23:35-də
Bundan başqa, AZAL 22 iyun 2014-cü il tarixindən etibarən Gəncə-Mineralnıye Vodı-Gəncə istiqamətində müntəzən uçuşların yerinə yetirilməsinə başlayacaq.
Gəncədən uçuş saat 16:20, Mineralnıye Vodıda eniş 16:30, Mineralnıye Vodıdan uçuş saat 17:30, Gəncədə eniş isə saat 19:35-də həyata keçiriləcək.
Uçuşlar müasir və komfortlu "Embraer tipli hava gəmiləri ilə bazar günləri icra olunacaq.
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO