Qırmızı.az
Bakıda beynəlxalq gömrük konfransı davam edir
Bakıda mayın 21-də başlayan Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı bu gün də davam edib.
Teleqraf.com xəbər verir ki, tədbirdə ABŞ Daxili Təhlükəsizlik Nazirliyində beynəlxalq işlər üzrə nazir müavini, baş diplomat Alan Bersin geniş məruzə ilə çıxış edib. Bakınının küləklər şəhəri və Xəzər sahilində yerləşən qiymətli cəvahir olduğunu bildirən amerikalı diplomat konfransın əhəmiyyəti barədə də danışıb:
“Azərbaycan tərəfi tanınmış üç Nobel mükafatçısının bu konfransda iştirakını təmin edib. Konfrans zamanı Avrozona ilə bağlı sadə məsələlərin tətbiqi vurğulanıb. Gömrük keçidi zamanı hansı malların girişinə qadağan qoyulması “Bali” sazişində öz əksini tapıb. Bununla da bağlı geniş müzakirə keçirilib. Bu konfrans zamanı həyata keçirilən yeniliklərdən və cəsur liderlikdən söhbət gedəcək. Gömrük Universitetləri Şəbəkəsinin köməkliyi ilə qarşıya qoyulacaq məsələlər üzərində düşünməli və hansı şəraitdə fəaliyyət göstərə biləcəyimizi müəyyənləşdirməliyik. Biz həm də ilk növbədə gömrük məsələsinə baxışlarımızı dəyişməliyik. Biz burada əsas çağırışla üzləşmişik. Ölkələrin sərhədlərini qoruması zərurəti yaranıb. Azərbaycan hüdudlarından çıxmaq üçün bir neçə ərazidən keçmək lazımdır. Ancaq bu ərazilərin özünəməxsus rejimlərinin qanunları mövcuddur. Siz də bu qanunlara əməl etmək məcburiyyətindəsiniz”.
Alan Bersin qeyd edib ki, bu gün qloballaşma bütün dünyanı öz toruna salıb: “Əgər söhbət gömrükdən gedirsə, burda kənd təsərrüfatı, iqtisadi və digər amillərdən də söhbət gedə bilər. Bu gün sərhədlər hansısa xətti xatırladır. Artıq bu xətlərə güclü mal axını başlayıb”.
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı