Qırmızı.az
Bakıda idarə işçiləri qəzaya düşdü (VİDEO)
Bakının Nəsimi rayonu ərazisində
iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi
baş verib. Vaqif prospektilə hərəkətdə olan “KİA” markalı avtomobil
Mirəli Qaşqay küçəsilə kəsişmədə Nəsimi rayon Qaz İstismarı
İdarəsinin əməkdaşlarının olduğu
“QAZ-3110” markalı avtomaşınla toqquşub. Toqquşmanın gücündən
“QAZ-3110” markalı avtomaşın yoldan kənara düşüb və qaz kəmərini
zədələyib. Nəticədə ətrafa qaz sızmağa başlayıb.
“KİA” markalı nəqliyyat vasitəsi isə toqquşmadan sonra yolun
kənarında dayanan “Nissan” markalı
avtomobilə çırpılıb.
Qəza nəticəsində “QAZ-3110” markalı avtomobildə olan iki nəfər - 61
yaşlı Nəcəfov Namaz Oruc oğlu və 30 yaşlı Əliyev Tural Lətif oğlu xəsarət alıb. Yaralılar dərhal
təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Xəstəxanaya
yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya “KİA” markalı avtomobilin sürücüsünün
işıqforun qadağanedici işığına məhəl qoymaması və hərəkətini davam
etdirməsi səbəb olub. Qəzadan sonra sürücü hadisə yerini tərk
edib.
Faktla bağlı Nəsimi Rayon Polis
İdarəsində araşdırma aparılır.
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq