Qırmızı.az
Yeni dövlət qurumu ilk illik hesabatını verdi
Prezidentin 06 İyun 2012- ci il tarixli Fərmanına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 06 Dekabr 2013 –cü il tarixli Sərəncamına əsasən yaradılmış 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik 2013-cü ildə həyata keçirdiyi nəticələrə dair 23 yanvar tarixində illik hesabat verib.
Qurumdan Publika.Az-a verilən məlumata görə, rayonun 53 saylı tam orta məktəbində keçirilən tədbirdə Səbail rayon rəhbərliyi , rayon təsərrüfat xidməti idarələrinin rəhbərləri və rayon ictimaiyyətinnin istirakı ilə keçirilən 1-ci hesabat yığıncağında 2013 –cü il ərzində görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunmuş konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Teymur Mahmudov bildirib ki, İcra Nümayəndəliyinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq Mətbuat prospekti 58 A ünvanında nümayəndəlik üçün inzibati bina tikilmiş , bina bütün növ avadanlıq və ləvazimatlarla təchiz olunub.
İlk dövrlərdə ərazidəki ev təsərrüfatlarına baş çəkmək yolu ilə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını dəqiqləşdirmiş və ümumiyyətlə 192 ədəd ev təssərrüfat uçotu kitabı hazırlanıb.2013 – cü il ərzində ərazidə yaşayan sakinlərin sosial əhəmiyyətli sifarişləri öyrənilmiş, nümayəndəliyə müraciət edən vətəndaşların problemləri araşdırılmış və bu barədə rayon İcra Hakimiyyəti Başçısına məlumatlar təqdim edilib.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 1-ci Alatava sakinlərinin xahişləri nəzərə alınaraq məhəllə daxili yollara 2500 kvadrat metr asfalt örtüyü vurulub.Yola saldığımız il ərzində Ş.Mehdiyev küçəsi 97A saylı binanın həyətində abad həyət park salınmış, burada sakinlərin dincəlməsi üçün şərait yaradılıb.Ötən il Nümayəndəliyk ərazisində yerləşən 82 saylı uşaq bağçası və 53 saylı tam orta məktəb istifadəyə verilib.
Nümayəndəliyin ərazisində yerləşən "Azərsu ASC" –nin yeni inzibati binasl istifadəyə verilib. Noyabr ayının 15 də nümayəndəlik ərazisində Baki və Azərbaycan yeparxiyasının provaslov dini mədəniyyət mərkəzinin aşılışları da olub. Bütün keçirilən tədbirlərdə Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yüksək səviyyədə iştirak edib.
Yığıncaqda çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Səməd İslamov gələcəkdə rayon sakinləri şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışıb.Daha sonra çıxış edən Natiqlər 2 nömrəli Sahə İnzibati Ərazi Daiırsi üzrə Nümayəndəliyin illik hesabatını qənaətbəxş saymışlar.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan