Qırmızı.az
Yekaterinburqda azərbaycanlıların tərəvəz bazasına hücum edildi
Yekaterinburqda şənbə və bazar günləri 4 saylı tərəvəz bazasında kütləvi dava baş verib.
Azərbaycanlı satıcıların çoxluq təşkil etdiyi bazara 200 nəfər hücum edib. Hücüm edənlər bazanın admnistrativ binasına girməyə cəhd ediblər.
Bu səbəbdən bazanı qoruyan mühafizə xidmətinin əməkdaşları ilə hücum edənlər arasında əlbəyaxa dava düşüb. Xəbər verilir ki, bazanın sahibi əvvəlllər şəhər merinin birinci müavini Viktor Konteev olub.
Konteev həm vəzifəsindən, həm də bir il qabaq öldürülmüş “qanuni oğru” Ded Xasanla yaxın əlaqələrindən istifadə edərək bazanı qanuni sahiblərinin əlindən alaraq, obyekti arvadının və digər qohumlarının adına rəsmiləşdirib. Hazırda həbsdə olan Konteevin əməllərini istintaq araşdırır.
O cümlədən Konteevin Yekaterinburqdakı “Şəmkir qruplaşması” ilə yaxın münasibətlərinin olduğu bildirilir. Həm 4 nömrəli bazada, həm də Sverdlovsk vilayətindəki digər meyvə-tərəvəz bazalarında şəmkirlilər üstünlük təşkil edir. Uzun müddətdir ki, digər qruplaşmalar onları bu mövqələrindən çıxartmağa çalışsalar da, buna nail ola bilmirlər. Ancaq rəsmi məlumatlarda bazar günü baş verən hadisələrdə azərbaycanlıların adı hallanmır.
Münaqişə Konteevin adamları ilə bazaya sahib çıxmağa çalışan rəqib klan arasında olub. Hadisə ilə bağlı bir neçə nəfər həbs edilib, onlardan odlu silah götürülüb.
İlqar Atabəyli
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı