Qırmızı.az
"Təhlükəsizlik vacibdir"
“Azərbaycanı gələcəkdə enerji ixracatçısına çevirə bilərik”.
Publika.az-ın məlumatına
görə, bu barədə energetika naziri Natiq
Əliyev 21-ci Neft və Qaz Konfransında çıxışında deyib.
O bildirib ki, Azərbaycan öz enerji
təhlükəsizliyini tam təmin edib: “Azərbaycanda ötən il 43,5 milyon
ton neft, 29,5 milyon kub metr qaz hasil edilib. Elektrik enerji
istehsalı üzrə 15 stansiya mövcuddur. Bərpa olunan enerji sahəsində
də irəliləyişlər əldə etmişik. Azərbaycanı gələcəkdə enerji
ixracatçısına çevirə bilərik. Qonşu ölkələrlə enerji xətlərinin
birləşdirilməsi diqqətimizdədir. İranla Pasabat 1, Pasabat 2,
Gürcüstanda bir elektrik stansiyası tikilib. Bu stansiyaların gücü
Türkiyəyə enerji ixrac edilməsinə imkan verir. Bununla da Qara
dəniz elektrik enerji halqasının yaranması mümkün
olacaq”.
Nazir həmçinin söyləyib ki, neft hasilatının stabilliyinin təmin
edilməsi məqsədi ilə yataqlarda yeni texnikalar tətbiq edilir:
“Düşünürəm ki, Xəzər sektorunda təhlükəsizlik məsələsi vacibdir.
Yeni texnikaların tətbiqi bu məsələni də həll edir”.
Natiq Əliyev konfransın uğurla nəticələnəcəyini
arzu edib. O bildirib ki, bu konfransda müzakirələr və danışıqlar
aparılacaq və bu da Azərbaycanın gələcək neft-qaz sahəsi üçün
müsbət təsir edəcək.
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO