Qırmızı.az
Prokurorluq orqanlarında işləmək istəyənlər imtahan verdi
İyunun 5-də prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş işə qəbulun növbəti yazılı imtahan mərhələsi keçirilib.
Publika.az-ın məlumatına görə, müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 99 namizəddən 15 nəfəri qadın olmaqla, 72-si Bakı Dövlət Universitetinin, 10-u Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 8-i Naxçıvan Dövlət Universitetinin, 9-u isə digər ali təhsil müəssisələrinin məzunlarıdır. Onlardan 5 namizəd magistraturanı bitirmiş, 16-sı hazırda magistratura pilləsində təhsil alır, 14 namizəd isə ali təhsil müəssisələrini fərqlənmə ilə bitirib.
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin
keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri
“ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası
və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra
yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə
açıqlanacaq, eyni zamanda, bu barədə məlumatlar Baş Prokurorluğun
internet saytında (www.genprosecutor.gov.az,
www.prokurorluq.gov.az) yerləşdiriləcəkdir.
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən 2 sentyabr 2013-cü il tarixdə prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin tələblərinə cavab verən 373 namizədin (onlardan 53-ü qadın) sənədləri qəbul edilərək müsabiqənin ilkin mərhələsi olan test imtahanına buraxılmış, onlardan 360 nəfəri 31 yanvar 2014-cü il tarixdə keçirilmiş test imtahanında iştirak etməklə 105 nəfəri müvəffəqiyyət qazanaraq növbəti yazılı imtahan mərhələsində iştirak etmək hüququ əldə edib.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir