Qırmızı.az
Daha bir tədris mərkəzinə lisenziya verildi
Təhsil Nazirliyi "Bakıeletrikşəbəkə" ASC-nin müraciəti əsasında bu qurumun Tədris Mərkəzinə ixtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqamətləri üzrə əlavə təhsil fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verib.
Publika.az xəbər verir ki, adıçəkilən lisenziyanı
bu gün təhsil naziri Mikayıl Cabbarov "Bakıeletrikşəbəkə" ASC-nin
İdarə Heyətinin sədri Baba Rzayevə "Eleketroenergetikada kadr
problemləri – Gələcəyə baxış" adlı konfransının açılışında təqdim
edib.
Bildirilib ki, "Bakıeletrikşəbəkə" ASC-nin 2012-ci ildə yaradılmış
Tədris Mərkəzində elektroenergetika sahəsi üçün yüksək ixtisaslı
mütəxəssislər hazırlanır və Səhmdar Cəmiyyətdə çalışan əməkdaşların
peşə hazırlığı artırılır. Bu günədək Mərkəzdə 2500-ə yaxın şəxs
müxtəlif ixtisasartırma kurslarında iştirak edib.
Təhsil Nazirliyi tərəfindən təqdim edilən lisenziya isə bundan
sonra Mərkəzin məzunlarına təqdim ediləcək diplomların bütün
respublika üzrə tanınmasına imkan verəcək.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat