Qırmızı.az
Sabahdan havalar isinəcək
Azərbaycan ərazisində bir neçə gün davam edən qeyri-sabit hava şəraiti sabahdan mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Publika.az-a bildirib ki, iyunun 14-də artıq günorta saatlarından ölkə ərazisində yağıntılar kəsiləcək.
Bakıda və Abşeron yarımadasında bu gün əsən güclü şimal-qərb küləyi sabah səhər saatlarından başlayaraq cənub-qərb küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar havanın temperaturu bu günlə müqayisədə 3-4 dərəcə yüksələcək.
Bu gün Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 22-26 dərəcə istidirsə, sabah temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir. Gündüz saatlarında cənub küləyinin sürəti arabir yüksələcək.
Aran rayonlarında maksimal temperatur gündüz saatlarında 33 dərəcəyə qədər, dağlıq ərazilərdə 19-22 dərəcə isti olacaq.
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?