Qırmızı.az
Bu günə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin iyunun 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti, Bakıda gecə 17-19°,
gündüz 28-30° isti olacaqdır.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 80-90 faiz
təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zuğulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 20-21°, Türkan, Hövsan, Şıx və Sahil 21-22° isti
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi
yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava,
əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 12-17°, gündüz 27-32° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı,
yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz
keçəcək.
Temperatur gecə 12-17°, gündüz 27-32° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında gecə və axşam bəzi
yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava,
əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və axşam
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz
hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 15-20°, gündüz 30-35° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°
isti, gündüz 19-24° isti olacaq.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat