Qırmızı.az
Dövlət qulluqçuları üçün Təlim Mərkəzi yaradılacaq
Azərbaycanda dövlət qulluqçuları üçün böyük Təlim Mərkəzi yaradılacaq. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.
Komissiya sədrinin sözlərinə görə, Təlim Mərkəzinin yaxın 1 il ərzində yaradılması gözlənilir: "Mərkəz Komissiyanın yeni binası tikilib istifadəyə verildikdən sonra in fəaliyyətə başlayacaq. Yeni binada Təlim Mərkəzi ilə yanaşı, dövlət qulluğuna qəbul imtahanlarının, eləcə də müxtəlif konfransların keçirilməsi mümkün olacaq. Təlim Mərkəzində il ərzində 5 mindən çox dövlət qulluqçusunun qısamüddətli təlimlərə cəlb olunması və təlimlərin yüksək səviyyəli yerli və xarici mütəxəssislər tərəfindən keçirilməsi nəzərdə tutulur".
B.Xəlilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın binası 7 mərtəbədən ibarət olacaq. Binanın 2015-ci ildə tikilib istifadəyə verilməsi gözlənilir.
Qeyd edək ki, dövlət qulluqçuları üçün Təlim Mərkəzinin yaradılmasına dair müddəalar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş "2012-2015-ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı"nda da yer alıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 30 min nəfərdən çox dövlət qulluqçusu var.
-
ABŞ00:15İranı bir saat ərzində məhv edə bilərdik - Tramp
-
Kriminal11 Mart 21:51Könül Həmzəyeva saxlanıldı
-
Nəqliyyat11 Mart 21:26Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik
-
Kriminal11 Mart 21:13Bakıda əl enerjisi ilə "müalicə" edən "həkim" saxlanıldı
-
Magazin111 Mart 20:48İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab
-
Rəsmi xronika11 Mart 20:36Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto/Yeniləndi
-
İnanc11 Mart 19:40Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı
-
Nida Xəbər 11 Mart 18:10İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi





































