İdman
Məhkəmə təcavüzdə ittiham olunan futbolçu ilə bağlı qərar verdi
Nigeriyanın U-20 millisinin futbolçusu Daniel Daqa Norveçdə məhkəmə hökmü ilə 6 ay azadlıqdan məhrum edilib.
Aut.az xəbər verir ki, Nordmore və Romsdal dairə məhkəməsinin qərarına əsasən, 19 yaşlı yarımmüdafiəçi qarşı tərəfin razılığı olmadan cinsi əlaqədə olmaqda təqsirli bilinib. Bundan əlavə, futbolçu 10 min Norveç kronu məbləğində əlavə məhkəmə xərclərini də ödəməlidir.
Bununla belə, qərar hələ qüvvəyə minməyib. Daqa vəkili vasitəsilə apellyasiya şikayəti verdiyi üçün iş Norveçin məhkəmə sistemində araşdırılmağa davam edəcək.
Qeyd edək ki, futbolçunun çıxış etdiyi “Molde” klubu ittihamlar iki ay əvvəl ortaya çıxdıqdan sonra onu məşqlərdən və bütün klub fəaliyyətlərindən uzaqlaşdırmışdı. Klub bildirib ki, hüquqi proses başa çatana qədər oyunçu komandaya qayıtmayacaq.
Daniel Daqa daha əvvəl “Enyimba” klubunda çıxış edib və Nigeriyanın U-20 millisi ilə gənclər arasında dünya çempionatında iştirak edib.
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər


















.jpg)










.png)


.jpg)




