Qırmızı.az
“Qış Universiteti”nə seçim turu başa çatıb
“İrəli” İctimai Birliyinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, 5-8 fevral tarixlərində Bakı şəhərində keçiriləcək "Gənc Liderlər üçün Qış Universiteti – Kreativ Başlanğıc" layihəsinin seçim turu başa çatıb.
Publika.Az-ın verdiyi xəbərə görə, layihəyə iştirak üçün 1000-ə yaxın müraciət daxil olub. Müraciətlər layihənin təşkilat komitəsi tərəfindən dəyərləndirilib və ən yaxşı 200 nəfər müsahibəyə dəvət olunub.
Müsahibə mərhələsi yanvarın 21-22-də “İrəli” Gənclik Mərkəzində keçirilib.
Müsahibə mərhələsindən sonra layihədə iştirak etmək hüququ qazanmış gənclərin siyahısı açıqlanıb: http://ireli.az/ wu2014
Qeyd edək ki, "Gənc Liderlər üçün Qış Universiteti" layihəsi 2009-cu ildən etibarən hər il keçirilir və Azərbaycanın ən fəal və potensiallı gənclərini bir araya gətirir.
Bu il "Gənc Liderlər üçün Qış Universiteti" layihəsi "Kreativ başlanğıc" adı altında Bakı şəhərində keçiriləcək.
4 gün davam edəcək layihə müddətində iştirakçılar gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs və təkliflər üzərində çalışacaqlar.
Eyni zamanda 5 komandaya bölünən iştirakçılar layihə müddətində fəal iştirak üçün biri-biriləri ilə yarışacaqlar.
Publika.Az
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO