Qırmızı.az
Şeyx saqqallı mollalardan şikayətləndi
"Bizdə saqqallı mollaların sayı artıb". Publika.az-ın məlumatına
görə, bunu Şeyxülislam Allahşükür Paşazadə QMİ-də təşkil olunan
mərasimdə deyib.
O bildirib ki, Azərbaycanda kimliyi bəlli olmayan saqqallı
mollalara qarşı mübarizə aparılmalıdır.
“Bizdə o qədər saqqallı mollalar var ki, onların kim olduğunu da
bilmirik. Onlar kimdir, hansı məhzəbə qulluq edirlər? Bunu öyrənmək
lazımdır. Onlarla mübarizə aparacağıq. Dini Komitənin də onlar
barəsində məlumatı yoxdur”.
Şeyx şiə-sünnilərlə bağlı məsələ haqqında danışarkən bildirib ki, məzhəb adından istifadə edirlər. "Allahu Əkbər" sədaları ilə insanı öldürürlər.
"Bu gün Azərbaycanda sünnilər, şiələr və digər cərəyanların nümayəndələri qardaş kimi yaşayır. Bu, illərdir ki belə davam edir. Azərbaycanlıların da xaricdə vuruşması xəbərlərini eşidirik. Biz öz vətənimizə qiymət verməliyik. Bizim dövlətimiz insanlara hər bir şəraiti yaradıb”.
O bildirib ki, məhzəb ayrı-seçkiliyi, sünnilərə və şiələrə qarşı
küfr edilməsi halları mövcuddur.
"Hətta şiələr belə radikallığa gedirlər. Belə hallara yol verilməməlidir. Din xadimləri camaatı belə əməllərdən uzaq olmağa çağırmalıdırlar”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu