Qırmızı.az
Qadın alt paltarında həbsxanaya narkotik keçirmək istədi
Bakıdakı cəzaçəkmə müəssisəsinə qanunsuz yolla narkotik tərkibli dərmanların keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr
şöbəsindən Publika.az-a verilən məlumata görə,
Xidmət əməkdaşları tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində cəza
çəkən məhkum Cavidan Əhmədağa oğlu İbişovun yanına qısamüddətli
görüşə gəlmiş vətəndaş Kəmalə Həsənağa qızı Heydərovanın üzərinə
baxış keçirilib.
Baxış zamanı onun alt paltarında gizlətdiyi içərisində 37 ədəd olan sellofana bükülmüş və narkotik tərkibli dərmanlar qrupuna aid olan "Tramadol" dərman həbləri aşkar edilərək götürülüb.
Qeyd edək ki, Cavidan İbişov Cinayət Məcəlləsinin 204.1; 234.1 və 66.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...