Qırmızı.az
Bakıdakı gizli fahişəxanalardan REPORTAJ + VİDEO (18+)
Bakının əksər yerlərində, xüsusən də mərkəzi küçələrdə "masaj salonu" adı altında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Hətta bu barədə mediada dəfələrlə məlumatlar yer alıb. Amma bu məlumatlar “masaj salonları”nın fəaliyyətinin heç də “axsamasına” səbəb olmayıb. Əksinə, onların sayı getdikcə artır, mühafizə sistemi gücləndirilir, təhlükəsizlik kameralarının sayı isə çoxalır...
Məsələnin ən ağrılı və kədərli yeri odur ki, bu tip obyektlər Bakının ən mərkəzi küçələrində, özü də , yaşayış binalarının altında yerləşir.
“Masaj salonu” adı altında fəaliyyət göstərən belə əxlaqsızlıq yuvalarındakı real mənzərəni çəkib göstərmək kifayət qədər riskli olsa da, AzNews.az-ın əməkdaşları buna cəhd edib...
“Sabina”da “Relax”
Şəhərin mərkəzində fəaliyyət göstərən “Sabina” və “Relax” məkanlarında şahidi olduqlarımız göstərdi ki, günün istənilən saatında açıq-aşkar, qanuna heç bir məhəl qoyulmadan işlədilən bu “yuvalar” həm də yetərincə səlahiyyət sahibi olan şəxslər tərəfindən himayə edilir. Əgər belə olmasaydı, günü günorta çağı kiminsə mənzilinin altında kimlərinsə əxlaqsızlıq etməsinə nəinki icazə verilməzdi, hətta həmin şəxslər dərhal dəmir barmaqlıqlara atılardı..

Siqaret tüstüsündə “görünməz olan” 16 yaşlı fahişə, 50
manat...
Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da
getdikcə artır. Kameramızı sazlayıb əvvəlcə “Sabina” “masaj
salonu”na enirik. Yaşı 16-dan 40-a kimi olan fahişələr foyedə
siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər.
Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin “gözünə
girməyə” çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət
çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir
"masaj" seansının qiyməti 50 manatdır. Burada "çalışanların"
dediyinə görə, həmin pulun 25 manatı onların özünə, yarısı isə
buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə
vermək qadağası qoyub. Səbəbsə odur ki, müştəri növbəti dəfə “masaj
olunmaq” üçün yenidən eyni məkana gəlsin. Yəni həmin “masajçı”nı
harasa dəvət etməsin. Burda hansısa fahişəylə həmsöhbət olmaq
əvvəldə də qeyd etdiyimiz kimi yetərincə təhlükəli olsa da, cəhd
edirik...
“Gündə 20, bəzən 30 nəfərlə münasibətdə oluram”
Azərbaycanın bölgələrinin birindən olan 22 yaşlı Ayşə (ad şərtidir-red) deyir ki, üç ildir bu məkanda “işləyir”. Gündəlik qazancının 100-150 manat civarında olduğunu söyləyən həmsöhbətimin bildirdiyinə görə, gün ərzində 10-15 müştəriyə “xidmət göstərir”: “Əslində, müştəridən aldığımız 50 manatın yarısı bizə çatmalıdır. Amma bir də görürsən ki, həmin puldan bizə 10-15 manat çatır. Elə gün olur ki, 20, bəzən 30 nəfərlə cinsi əlaqədə oluruq. Rayonda isə elə bilirlər ki, burda başqa işdə işləyirəm. 17 yaşımda ailə qurmuşam, bir il sonra boşanmışam. 19 yaşımdan isə Bakıdayam”.
Fahişəxanadakı “dəmir qanunlar”
Öyrənirik ki, rəhbərlik “masajçı”lara müştərilərin xeyrinə olan
şərt də qoyub: “Müştəri burdan narazı getməməlidir. Əgər hansısa
müştərinin narazı olduğu buranı işlədənin qulağına çatsa, həmin gün
məni qovar”.
“Masaj salonları”nda göstərilən xidmətlər...
“Sabina”dan ayrılıb çox da uzaqda yerləşməyən “Relax”a giririk.
Burda da təxminən eyni mənzərədir. Damağı siqaretli qadınlar,
“masaj”a gələn kişilər, qiymət razılaşmaları, bir də fonda eşidilən
musiqi səsi...
“Masaj salonu”nuna növbəti müştəri gələn kimi qızların “maması”
onlara yaxınlaşır, salam verir, yer göstərir və bundan sonra
“masajçılar” arasında seçim etmək üçün ona vaxt verir. Müştəri
həmin müddətdə bardan çay, qəhvə və ya hər hansı sərinləşdirici,
yaxud da spirtli içki alıb. nuş edə bilər. O, yarıçılpaq olan
xanımlardan birini seçib, “masaj otağına” aparır. Balaca, natəmiz
otağa girməmişdən öncə, müştərilərin duş almaq imkanı yaradılır.
Burada xidmət göstərənlərin dediklərindən belə məlum olur ki,
“masaj prosesi” çox vaxt cəmi 5 dəqiqə çəkir. Əlavə vaxt itirənlər
müdiriyyətin tənəsinə tuş gələ bilər...
Bu fahişəxanaların əsas müştəriləri...
Gördüklərimizdən və “masajçılar”ın dediklərindən belə məlum olur
ki, bu obyektlərin əsas müştəriləri yeniyetmələr və ahıl
kişilərdir: “Əli heç yerə çatmayanlar bura gəlir... Bir də görürsən
evsiz, eşiksiz, dilənçiliklə pul qazanan biri girdi içəri. Amma
əsas müştərilərimiz uşaqlardır. Evdən pul oğurlayan kimi cumurlar
bura. Hələ burdan ucuz yerlər də var, ora daha çox gedirlər”.
Masajxana-fahişəxanaların xeyri və ziyanı...
Bakıda fahişəxanaların, amma belələrinin deyil, leqallaşmış
fahişəxanaların olması lazımdır, bəlkə də mütləqdir... İnsanlar
fiziki ehtiyaclarını hansısa “masaj salon”larında, üzərində “otel”
yazılmış “quşxanalarda” ödəməməlidir.
Ölkədə fahişəliyin leqallaşması ilə bağlı məsələni məlum və
bəlkə də başadüşülən səbəblərdən yubadır. Amma əvəzində paytaxtda
daha eybəcər bir mənzərə yaranıb. Kitab dükanlarının, əyləncə
mərkəzlərinin, hətta gediş-gəliş rahat olsun deyə, avtomobillərin
belə yığışdırıldığı mərkəzi küçələrdə insanlara ucuz “masaj” təklif
olunur. Gecə yarı bu obyektlərdə hansı oyunlardan çıxarıldığını
yəqin, sakinlərlə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da
görür. Bəs niyə bunun qarşısı alınmır? Bu obyektlər hansı qanun
əsasında fəaliyyət göstərir və yaxud da onların fəaliyyəti nəylə
tənzimlənir? Axı bununla bağlı bir QANUN yoxdur. Bundan əlavə,
“masaj salonları”nda insanların sağlamlığı, təhlükəsizliyi necə
qorunur?.. Sual bunla da bitmir. Əsas sual - bundan əvvəlki
sualların cavabı isə bu sualla müəyyən olunmalıdır: Görəsən,
əxlaqın və qanunun pula təslim olunduğu, bu məkanların sahibləri
kimlərdi?



-
Dünya22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
-
Rəsmi xronika15:29İlham Əliyev fərman imzaladı













.jpg)



















