Ermənistana şikayət edən azərbaycanlı danışdı
Bizi izləyin

Qırmızı.az

Ermənistana şikayət edən azərbaycanlı danışdı

“Yerli qəzetlərin bundan qorxduğunu görəndə mən beynəlxalq mətbuata çıxdım”.

Bu sözləri Axar.az-a erməni mətbuatına öz şəxsi problemi ilə əlaqədar müraciət edən Emil Qasımov deyib. O, bundan öncə Azərbaycan qəzetlərindən yardım istədiyini bildirib:

“Məsələ burasındadır ki, mən öncə Azərbaycan qəzetlərinə – “Zerkalo”, “Novoya vremya”, “Nedelya”ya müraciət etdim. Yerli qəzetlərin bundan qorxduğunu görəndə beynəlxalq mətbuata çıxdım”.

Qeyd edək ki, E.Qasımov ölkənin dövlət dilində yayımlanan nüfuzlu portal və qəzetlərinin heç birinə müraciət etməyib və bu cür sosial problemlərin vaxtaşırı mediada işıqlandırıldığından və burda qorxacaq bir hal olmadığından xəbərsizdir:

“Bizim çox köhnə evimiz var. Ev başdan-ayağa çatlardan ibarətdir. Sanki kənddə yaşayırıq. Hətta həyətdəki tualet taxtadandır. Mən bununla bağlı hər kəsə məktub yazdım. İstədim ki, komissiya yaradılsın. Buna reaksiya verilməyəndə isə aclıq aksiyası eləmək qərarına gəldim. Azərbaycan mətbuatından xəbər çıxmayanda isə xarici mediaya müraciət etdim. Bunlar arasında rus və digər saytlar var idi. Görünür, bunlardan biri də gedib erməni saytına düşüb”.

Xatırladaq ki, bu gün Ermənistanın “News.am” saytı özünü hüquq müdafiəçisi kimi təqdim edən Emil Qasımov adlı şəxsin erməni mətbuatından yardım istədiyini yazıb. Şikayətçi şəxs özünün evi ilə bağlı müraciət etdiyini və bir reaksiya gəlməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacağını bildirib.

E.Qasımovun “beynəlxalq mediaya müraciətinə” yalnız Ermənistan mətbuatı reaksiya verib və onlar bu faktdan təbliğat vasitəsi kimi istifadə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm