Qırmızı.az
DİN küləyin vurduğu fəsadlarla bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Bakıda əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.
Publika.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi
məlumata görə, iyunun 23-də Nərimanov rayonu Əhməd Rəcəbli
küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Nabat Məmmədovaya
məxsus “KİA” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən
ziyan dəyib.
İyunun 23-də Nərimanov rayonu küləyin qırdığı ağac Bakı şəhər
sakinləri Yusif Şabanova məxsus “Hyundai” və Aydın Məmmədova məxsus
“Mercedes” markalı avtomobillərin üzərinə düşüb. Avtomobillərə
qismən ziyan dəyib.
İyunun 23-də Səbail rayonu Puşkin küçəsində küləyin qırdığı ağac
“Volkswagen” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən
ziyan dəydiyi bildirilib.
İyunun 23-də küləyin qırdığı ağac Səbail rayonu G.Əliyev küçəsində
yaşayan Nazirə Vəliyevanın evinin damına düşüb. Evin dam örtüyü
yararsız hala düşüb.
İyunun 23-də Səbail rayonu Xanlar küçəsində küləyin qırdığı ağac
Bakı şəhər sakini Abbas Kərimova məxsus “Nissan” markalı
avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəyib.
Sadalanan faktlar üzrə xəsarət alan olmayıb.
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər