Qırmızı.az
Nazir ali məktəblərin mühasiblərindən gileylənib
"Bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan şəxslərin kifayət qədər hazırlığı yoxdur".
Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Bakıda "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri və təhsil sistemində FARABİ layihəsinin tətbiqinin vəziyyəti və perspektivləri" mövzusunda keçirilən təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, büdcədən maliyyələşmə ali təhsil müəssisələri
qarşısında yeni vəzifələr qoyub və səlahiyyətlər artdıqca onların
məsuliyyəti daha da artıb: "Ali təhsil müəssisələrinin
rəhbərliyinin sərəncamında böyük vəsaitlər mövcuddur. Bu vəsaitlər
üzərində əvvəllər olduğu kimi dövlət xəzinədarlığı tərəfindən
nəzarət yoxdur. Beləliklə, bu nəzarət məhz bu ali təhsil
müəssisələri tərəfindən həyata keçirilməlidir. Burada metodoloji,
mənəvi, kadr məsələləri baxımından həm Təhsil Nazirliyi, həm də
Maliyyə Nazirliyi tərəfindən dəstəyə ehtiyac duyulur. Hesab edirik
ki, bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan
şəxslərin kifayət qədər hazırlığı yoxdur. Yeni sistemdə onlar
özlərini o qədər də yaxşı hiss etmirlər. Maliyyə Nazirliyi
tərəfindən bu mütəxəssislər üçün yenidənhazırlama kursları təşkil
edilməlidir. Maliyyə Nazirliyində mühasibatlıq üzrə xüsusi mərkəz
fəaliyyət göstərir. Bu sahədə çalışanlar yenidənhazırlanmadan sonra
xüsusi imtahan verib, attestat alıb sonra bu fəaliyyətlə məşğul
olmalıdırlar. Çünki söhbət böyük vəsaitlərin idarə olunmasından
gedir".
Nazir qeyd edib ki, büdcəsi böyük olan ali təhsil müəssisələrində
təkcə baş mühasib vəsifəsi deyil, eyni zamanda maliyyə məsələləri
üzrə yüksək vəzifəli inzibati işçi olmalıdır: "Prorektor
səviyyəsində buna ehtiyac duyulur. Çünki söhbət xərclərdən getmir,
eyni zamanda daha çox gəlirlərin əldə edilməsindən gedir".
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir