Bakıda üç avtomobil toqquşub, ölən var
Bizi izləyin

Qırmızı.az

Bakıda üç avtomobil toqquşub, ölən var

Qobustan rayonu, Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində "Mercedes", VAZ" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşmuşdur.

Qobustan rayonu, Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində "Mercedes", VAZ" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmişdir.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və qadın sərnişini hadisə yerində aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində həlak olmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsinin içində sıxılmış vəziyyətdə qalan cəsədləri çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm