Qırmızı.az
Diplomatımızın Ankarada döyülməsinə reaksiya
Azərbaycan diplomatı Ankarada döyülməyib.
Bu barədə Axar.az-a Azərbaycanın Türkiyədəki Səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Səfirliyimiz bu gün mediada yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
“Diplomatımızın döyülməyi ilə bağlı yayılan məlumat yanlışdır və həqiqətlə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, bir az öncə “Virtualaz.org” saytında Azərbaycan yüksək rütbəli diplomatı ilə Türkiyə polisi arasında əlbəyaxa dava düşdüyü haqqında məlumat yayılmışdı. Məlumata əsasən, türk nəqliyyat polisi Ankarada patrul xidməti həyata keçirərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozan və ötmə qaydalarına əməl etməyərək qəza vəziyyəti yaradan diplomatik nömrə nişanlı avtomobili saxlayıb. Polis sürücüdən sənədləri tələb edib. Sürücü Azərbaycanın Türkiyədəki səfirliyində diplomat olduğunu bildirib, diplomat olduğunu göstərən sənədləri göstərib. Daha sonra sürücü özünün və avtomobilinin diplomatik immunitetə malik olduğunu bəyan edərək polisin onu saxlamağa ixtiyarının olmadığını deyib və yoluna davam etmək istəyib.
Lakin polislər diplomata bildiriblər ki, yol hərəkəti qaydalarının pozulması barədə protokol yazmadan avtomobili buraxa bilməzlər. Azərbaycanlı diplomat buna qəzəblənib, diplomatik qaydalara görə, özünün və avtomobilinin toxunulmazlığının olduğunu bir daha bildirib və polislərə sərt reaksiya verib. Nəticədə polislə diplomat arasında mübahisə başlayıb, diplomatla polis əlbəyaxa olub.
Sayt hadisədən dərhal sonra Azərbaycanın səfirliyin Türkiyə XİN-i ilə əlaqə yaratdığını bildirib. Türkiyə rəsmiləri isə diplomatdan üzr istəyərək, hadisənin ən xırda detallarına qədər araşdırılacağını deyiblər.
-
Dünya13:24CHP parçalanma və kütləvi istefa astanasında - Kılıçdaroğlu geri dönür?
-
Nida Xəbər 12:59Tokayevdən Bakı və İrəvana çağırış: Tez imzalayın
-
Dünya12:40İsrail mətbuatı Türkiyənin "Ejder"indən yazdı: "Təkərli canavar"dır - VİDEO
-
Dünya11:47Trampın gizli planı üzə çıxdı: Avropa şokda, 4 ölkə hədəfdə
-
MDB11:10Paşinyan bu dəfə Moskvada velosiped sürdü - VİDEO
-
MDB10:50Məşhur ekstrasensin 2026-cı il proqnozu: Rusiyada görün nə baş verəcək
-
İdman10:44Braziliya klubu "Qarabağ"la danışıqlara başladı: Ançelottinin istəyi ilə
-
Köşə09:12Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır






































